Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün voleybol yarışına start veriləcək.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan yığması qrup mərhələsində ilk oyununu Seneqal komandasına qarşı keçirəcək.
Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan seçməsinin B qrupundakı digər rəqibləri Əfqanıstan və Kamerun yığmalarıdır.