Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.
Fanat.Az xəbər verir ki, yığmamız qrup mərhələsində ilk oyununu Seneqal komandasına qarşı keçirib.
Matç Eldar Yusubovun baş məşqçi olduğu komandamızın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan seçməsinin B qrupundakı digər rəqibləri Əfqanıstan və Kamerun yığmalarıdır.