19:52 08.08.2022 370

Ayxan Abbasov "Turan Tovuz"un məğlubiyyətini belə şərh etdi

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis belə danışıb: 

"Sevindiricidir ki, Premyer Liqa Tovuza qayıtdı. Stadionda möhtəşəm atmosfer var idi.

"Qəbələ"dən bu cür oyun gözləyirdik. Çünki daha hazırlıqlı, oturuşmuş heyətləri var. Çətin olacağı məlum idi. Bu il səbrli olub komandanın təməlini qurmaq istəyirik. Heyətlə bağlı çatışmazlıqlar var".

O, matça istədikləri kimi başlaya bilmədiklərini vurğulayıb: "Qırmızı vərəqə isə bütün planlarımızı pozdu. İkinci hissədə qapımıza təyin olunan penalti də futbolçulara psixoloji baxımdan mənfi təsir etdi. Futbolçulara da dedim ki, ruhdan düşmək olmaz. Əlimizi yanımıza salmayacağıq. Komandamın potensialına inanıram".

Baş məşqçi yeni oyunçular gətirməkdə çətinlik çəkdiklərini etiraf edib: "Bu gün Natan Oduva da oynaya bilmədi. Hücumda ona güvənmək istəyirdik. Legionerlərə vaxt lazımdır. İstəyirik ki, komandada hər kəs inkişaf etsin. Yerli oyunçularımız çoxdur. Gənclərə də şans verəcəyik".

Mütəxəssis hazırda bir neçə legionerlə danışıq apardıqlarını vurğulayıb: "Bir hücumçu Tovuza gəlib. Sabah onunla müqavilə imzalayacağıq. Daha iki futbolçu ilə danışırıq. Büdcəmizə uyğun transfelər edəcəyik. Hücum, yarımmüdafiə və müdafiə xətti üçün 3 oyunçu düşünürürk. Bununla da transferi bitirəcəyik. Bu gün kiməsə əsas oyunçu demək olmaz. İmedi Aşortiya əsasən cinahlarda yaxşı oynayır. Onu məcburiyyətdən hücumun mərkəzində oynatdıq".

Abbasov hazırkı oyun sisteminə sadiq qalacaqlarını əlavə edib: "Yeni transferlərin gəlişindən sonra da sistemi dəyişməyəcəyik. Biz eyni sistemi oturtmaq istəyirik. Buna uyğun da transferlər edəcəyik. Yeni komandayıq, oyundan-oyuna artıracağıq".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X