Misli Premyer Liqasının yeni mövsümü start götürdü.
Uzun fasilədən sonra elita iştirakçılarının sayı dəyişdi və artıq Premyer Liqada 10 komanda mübarizə aparır. Bu yenilik xüsusən də bölgə futboluna azarkeşlik edənlərin, xüsusən də qərb bölgəsində yaşayanların ürəyincədir.
Düzdür, stadionun tribunaları qəzalı olduğuna görə “Kəpəz” “Zirə”ni Gəncədə yox, Mərdəkanda qəbul etdi. Bu da gəncəli futbolsevərlərin qanını qaraltdı. “Turan Tovuz” isə “Qəbələ”ylə doğma meydanda görüşdü ki, bu məqam “böyük futbol”un ölkənin qərbinə qayıtdığını deməyə imkan verir. Ayrı-ayrılıqda nəticələrə nəzər salmamışdan öncə bir məqamı vurğulayaq. Heç-heçənin qeydə alınmadığı ilk turda sürpriz baş vermədi və beş oyunun hamısında əvvəlcədən favorit sayılan komandalar qələbəyə sevindi.
“Kəpəz” – “Zirə” 1:2
Qollar: Ergemlidze, 46. - Mohamed Hamdaui, 32. Sertan Taşkın, 95.
"Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Yaşar Vahabzadə
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev ,8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
Sözün düzü, bu sensasiyanı etməyə “Kəpəz” yaxın idi. “Zirə”ni Mərdəkanda qəbul edən gəncəlilər yalnız son saniyələrdə buraxdığı qolla uduzdu. Bəlkə də bu görüş Gəncədə keçirilsəydi, zirəlilər üçün daha çətin olardı. Bir şeyi əminliklə demək olar ki, 3 xal Rəşad Sadıqovun komandasına xeyli çətin başa gəldi. Hamdaui 32-ci dəqiqədə hesabı açanda “Zirə”nin qolları sıralayacağını, böyük hesabla qələbə qazanacağını düşünürdük. Qəsəbə təmsilçisi yayda yaxşı hazırlıq keçmiş, yeni transferlərlə güclənmişdi. Üstəlik komanda UEFA Konfrans Liqasında çıxış edib, “Makkabi”ylə iki çətin oyun da keçirmişdi. Ola bilsin ki, bu qarşılaşmaların yorğunluğu, avrokuboklara erkən vidanın üzüntüsü hələ də futbolçuların üzərindədi.
“Kəpəz”in gürcü legioneri Ergemlidze 46-cı dəqiqədə standart vəziyyətdən sonra cavab qolunu vurdu və “Zirə” bu qola uzun müddət cavab verə bilmədi. Yalnız oyunun sonlarında “Kəpəz”i məyus etmək mümkün oldu ki, bu qolun da müəllifi Sertan Taşkın idi. Çempionata qələbəylə başlamağı bacaran “Zirə”nin psixoloji üstünlük qazandığı şübhəsizdi. “Kəpəz” isə doğma meydana qayıda bilməsə, vəziyyət xeyli çətin olacaq.
“Qarabağ” – “Səbail” 3:1
Qollar: Musa Qurbanlı, 42, Ramil Şeydayev, 45.pen; 47 - ElmirTağıyev, 71
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev.
Baş məşqçi: Mahmud Qurbanov
“Qarabağ” “Səbail”lə oyunda səviyyə fərqini ortaya qoydu. Özü də bu fərq təkcə “Səbail”lə müqayisədə deyildi. Ağdam təmsilçisi bütün rəqiblərinə ənənəvi ismarıcını yolladı. Onlara “Qarabağ”ın qarşısında tab gətirmək, “köhlən atlar”la başabaş mübarizə aparmaq çox çətin olacaq. Çünki ortada böyük səviyyə fərqi var. İllərdi qorunan strategiya, düzgün seleksiya siyasəti və rəhbərliklə Qurban Qurbanov arasındakı qarşılıqlı etimad mühiti ortaya mükəmməl bir əsər çıxarıb...
“Səbail”lə oyuna gəlincə isə, “qol pərdəsi”ni Musa Qurbanlı açdı. Gənc forvard bununla həm də yaxşı hücumçu kimi yetişməkdə olduğunu, istənilən məqamda səhnəyə çıxıb, vacib qollar vura biləcəyini isbatladı. Ramil Şeydayev isə qısa müddətdə dubl etməklə “Səbail”in işini bitirdi. Qonaqların vurduğu təsəlli qolu isə həmin epizodda nə etmək istədiyini heç özü də bilməyən gürcü qapıçı Luka Quqeşaşvilinin passivinə yazmaq lazımdı. Bayıl təmsilçisini yen qəbul edən Mahmud Qurbanovu irəlidə çox çətin mübarizə gözləyir.
“Şamaxı” – “Neftçi” 0:1
Qol: Emin Mahmudov, 82
“Şamaxı”: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağlyev, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 11. Kamran Quliyev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
“Neftçi”: 30 Aqil Məmmədov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 97. Elşad Tağıyev, 84. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval
Baş məşqçi: Laurentsiu Regekampf
Şamaxıdakı oyunun nəticəsini isə rumıniyalı çalışdırıcı Regekampfın əvəzetmələri müəyyənləşdirdi. Heç kimə sirr deyil ki, “Şamaxı” Premyer Liqanın aşkar autsayderlərindən biridi. Legioneri olmayan əyalət təmsilçisi əsasən yerli və təcrübəsiz gənclərə güvənib. “Neftçi” bu qarşılaşmada bütün gücünü meydanda qoysaydı və əsas heyət üzvləri ilk dəqiqədən mübarizə aparsaydı, artıq fasiləyə qədər böyük hesab qeydə alınardı. Amma “Neftçi”nin çalışdırıcısı “onsuz da 3 xal qazanacağıq” düşüncəsiylə meydana ekspremental heyət buraxmış, təcrübəlilərdən demək olar ki, heç kimə startda forma verməmişdi. Bu qərar həm də gənclərə özünü göstərmək şansı yaradırdı. Düzdü, “Neftçi” topa və meydana nəzarəti əlində saxlayırdı. Di gəl ki, qələbə qolunu “Şamaxı”nın qapısına vurmaq mümkün olmurdu. Belədə Laurentsiu Regekampf dəyişikliyə əla atdı və 70-ci dəqiqədə Emin Mahmudov, Eddi İsrafilov və Yusif Lavalı meydana buraxdı. Bundan sonra “Şamaxı”nın davam gətirməsi çətin məsələydi. Elə gözlənildiyi kimi də oldu. Heç də təsadüfi deyil ki, oyundakı yeganə qolu da Emin Mahmudov vurdu.
Kim bilir, “Neftçi” Şamaxıda iki xal itirsəydi, sonrada onun yerini doldurmaq mümkün olardımı?!
“Sabah” – “Sumqayıt” 3:0
Qollar: Anatoli Nuriyev, 29, Coy Lens Mikels, 53, Kristian Sebalyos, 90+3
“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaibulaev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 70. Ouro-Nil Ture, 22. Damian Daniçiç, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet
Baş məşqçi: Aleksey Baqa
Bu mövsümdən “Sumqayıt”a rəsmən legioner transfer etməyə icazə verilib. Riad Rəfiyevlə belarus Aleksey Baqa heyətə əcnəbilər də gətirib. Amma nəticə yenə də ürəkaçan deyil. “Sumqayıt” mövsümə yenilgi ilə başladı. Özü də böyük hesablı və rəqib qapısına qol vurmadan. Görünən odu ki, “gənclik şəhəri”ni təmsil edən komanda güclənə bilməyib. Hər halda, bir oyun nəticə çıxarmaq üçün yetərli deyil. “Sumqayıt” barədə geniş danışmaq üçün bir qədər zamana ehtiyac var.
“Sabah”ın işləri isə qaydasındadı. Bu yay Namiq Ələskərov, David Volkov kimi yaxşı transferlər edən masazırlılar mükafatlar uğrunda mübarizə aparmağa iddialıdı. “Sumqayıt” üzərindəki rahat və inamlı qələbə də bu iddianın göstəricisi sayıla bilər. Maraqlıdı ki, “qol pərdəsi”ni millinin üzvü Anatoli Nuriyev açdı. Ümid etməyə dəyər ki, Ukraynada yetişən Nuriyev bu gedişlə millidə də öz sözünü deməyi bacaracaq.
“Turan Tovuz” – “Qəbələ” 0:2
Qollar: İsnik Alimi, 58-pen. Rafael Utziq, 63.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 30.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Səlahət Ağayev, Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev
Bəli, “böyük futbol” Tovuza qayıtdı. Turun son oyununda “Turan Tovuz” “Qəbələ”ni doğma meydanda qəbul etdi. İnsafən, meydan sahibləri debüt oyununda yaxşı təsir bağışladılar və güclü rəqibə layiqincə müqavimət göstərdilər. Lakin gürcü Piruzi Marakvelidze 30-cu dəqiqədən komandasını azlıqda qoydu. Bu da “Turan Tovuz”un onsuz da çətin olan vəziyyətini bir qədər də çətinləşdirdi. Hər halda, Ayxan Abbasov komandasına müəyyən oyun fəlsəfəsi aşılaya bilib və zamanla daha yaxşı “Turan Tovuz” görməyimiz mümkündür.
Oyuna gəlincə isə, “Qəbələ” 3 xalı ikinci hissədə vurduğu qollarla qazandı. İsnik Alimi 58-ci dəqiqədə penaltidən fərqləndi. Özü də bu penaltini görüşün hakimi Rəşad Əhmədov VAR sisteminin köməyi ilə təyin etdi. 5 dəqiqə sonra Rafael Utziq səviyyə fərqini ortaya qoydu və Tərlan Əhmədlinin qoruduğu qapıya qarşısıalınmaz zərbə vurdu. Bu qol həm də yekun hesabı müəyyənləşdirdi. Tovuzda 2:0 hesablı qələbəyə sevinən “Qəbələ” qaldığı yerdən davam edir və yenə də öz azarkeşlərini sevindirmək əzmindədir.
Amal Abuşov