Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan millisi 2 yoldaşlıq oyununda gücünü sınayacaq.
Fanat.Az xəbər verir ki, yığmamız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.
Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd futzalçıları dəvət edib.
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).