Növbəti mövsüm Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 2022/2023 mövsümündə çempionatda 6 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19 komandaları iştirak edəcək.
Qeyd edək ki, ötən mövsüm yarışa 8 komanda qatılıb. Ancaq "Xilə" çempionatın sonunda oyunlara gəlmədiyi üçün yarışdan uzaqlaşdırılıb. EKOL isə mövsümün sonunda fəaliyyətini dayandırıb.
Növbəti çempionata sentyabrın 26-da start veriləcək. Yarış 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.