“Sabah” Misli Premyer Liqasında 2022/2023 mövsümünün açılış turunda evdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az Bakı klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş komandanın bir neçə futbolçusu üçün əlamətdar olub.
Belə ki, yeni transferlər – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də komandanın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.
Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.