Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 74 kq-da çıxış edən 21 yaşlı idmançı yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gələrək ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən daha əvvəl taekvondoçular Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla ən azı bürünc medalı ediblər.