Azərbaycanın qadınlardan ibarət voleybol millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma B qrupunun ikinci görüşündə Əfqanıstan komandası ilə üz-üzə gəlib. Matç Azərbaycan seçməsinin 3:0 (25:4, 25:11, 25:4) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Eldar Yusubovun çalışdırdığı kollektiv daha əvvəl Seneqal komandasına "quru hesab"la qalib gəlib.