Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançıının rəqibi iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.
86 kq çəki dərəcəsində çıxış edən Əbubəkr Abakarov isə iranlı Alirza Kərimiyə uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.