Futbol üzrə Almaniya 3-cü liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Manheym”ə 0:1 hesabı ilə yenilib.
Nazarov matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.