Ekvadorun Quayakil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha iki təmsilçisi mübarizəyə qoşulub. Oğlanların 73 kiloqram çəki dərəcəsində yer alan Qadir Hüseynov 1/32 finalda kolumbiyalı Mateo Mejianı yensə də, növbəti mərhələdə Kanadan olan Jumber Meladzeyə uduzub.
Eyni çəkidəki Vüsal Qələndərzadə isə mübarizəyə 1/16 finaldan başlayıb. O, burada fransalı Danil Zubkonu üstələsə də, ardınca polşalı Marçin Kovalski ilə bacarmayıb.
Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü də medalsız başa vurub.
Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı və dörd gün davam edəcək mundialda ölkəmiz 8 idmançı ilə təmsil olunur. İlk gündə mübarizəyə qoşulan Turan Bayramov (60 kq) beşinci yerlə kifayətlənib. 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.
***
Ekvadorun Quayakil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialln ikinci günündə Azərbaycanın daha iki təmsilçisi tatami üzərinə çıxacaq. Oğlanların 73 kiloqram çəki dərəcəsində yer alan Qadir Hüseynov mübarizəyə 1/32 finaldan qoşulacaq. O, ilk görüşünü kolumbiyalı Mateo Mejiaya qarşı keçirəcək.
Eyni çəkidəki Vüsal Qələndərzadə isə 1/16 finala təsadüf edəcək start döyüşündə fransalı Danil Zubkonu sınağa çəkəcək.
Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.