Futzal üzrə millinin Türkmənistan yığma komandası ilə yoldaşlıq oyunları ləğv olunub.
Fanat.Az xəbər verir ki, sənədləşmə porsesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.
Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.
Qeyd edək ki, tərəflər avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.