Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Viktoriya Plzen" yarımmüdafiəçisi Andrey Mihaliklə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Çexiya çempionu bu ayrılığı təsdiqləyib.
Mihalik "Slovaçko"ya transfer olunub. Dünən iki klub arasında razılıq əldə olunub.
Yablonetsdən olan 25 yaşlı cinah yarımmüdafiəçisi 2019-cu ilin iyununda Niderlandın "Alkmaar" klubundan icarəyə götürülüb. Bir il sonra isə "Viktoriya" satınalma hüququndan istifadə edərək futbolçunu birdəfəlik transfer edib.
“Pişta” ləqəbli futbolçu Pilzendə 57 oyun keçirib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Mirağa