Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı yığma A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millsinin 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki,milli komanda qrupun ilk oyununda Sudana qalib gəlib- 3:0.
***
Azərbaycanın kişilərdən ibarət voleybol yığması Türkiyənin Konya şəhərində təşkil olunan İslam Həmrəyliyi Oyunlarında bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupunda ikinci görüşündə Kamerun yığması ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl seçməmiz qrupda Sudanı məğlub edib (3:0), Kamerun isə Mərakeşə uduzub (2:3).