13:16 11.08.2022 3588

"Miçel o qolu vursaydı..." - Əfran İsmayılov

Çempionlar Liqasının III təsnifat mərhələsini uğurla adlayan "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq. 

Plzen klubu "köhlən atlar" üçün tanış rəqibdir. Qurban Qurbanovun komandası 2016-cı ilin yayında ÇL-in III təsnifat mərhələsində qarşılaşdığı "Viktoriya" ilə səfərdə 0:0, evdə 1:1 oynasa da, qitənin ən nüfuzlu turnirindən kənarda qalmışdı. Çexiya çempionu səfər qolu sayəsində mərhələni keçmişdi. 

O vaxt "Qarabağ"ın heyətində çıxış edən Əfran İsmayılov Fanat.Az-a açıqlamasında "Viktoriya" barədə fikirlərini bölüşüb:

"Viktoriya" ilə 6 il əvvəlki oyunları yaxşı xatırlayıram. Çexlərə nə səfərdə, nə də evdə uduzmasaq da, mərhələni rəqib keçdi. Səfərdə qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı oyunda mərhələ keçməyə çox yaxın olmuşduq. Oyuna sonradan qoşulsam da, bir əla ötürməm olmuşdu. Top Miçelin ayağının altından keçib çölə çıxdı. Boş qapıya düşə bilmədi. Miçel həmin qolu vursaydı, pley-offa adlayacaqdıq. "Qarabağ"ın həmin heyəti də güclü idi. Səhv etmirəmsə, növbəti il komanda Çempionlar Liqasının qrupuna düşdü". 

Hazırda "Kəpəz"də çıxış edən 33 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin yenidən həmin uğuru təkrarlamağa yaxın olduğunu deyib: 

"Komandamız çox güclü təsir bağışlayır. Polşa, İsveçrə, Macarıstan çempionlarını bir-bir mübarizədən kənarlaşdırıblar. "Ferentsvaroş"la Bakıdakı oyun tam yaxşı alınmamışdı. Bu da obyektiv səbəblərlə bağlı idi. Əvvəla, ilk oyun idi, rəqibi tanımırdıq. Digər tərəfdən, heyətdə itkilər var idi. Kadi və Riçard cəza, Medina və Maksim zədə səbəbindən oynamadı. Belədə, həm yarımmüdafiənin, həm də müdafiənin mərkəzində məcburi dəyişikliklər oldu. Məncə, yenilərin uyğunlaşma problemi hiss olundu. Amma səfərdə həmin həyəcan arxada qaldı. Həm də Kadiylə Riçard sıraya döndü. "Qarabağ" Budapeştdə möhtəşəm oyun sərgilədi. Deyərdim ki, sərgilədiyi futbol top-komandaların oyununa bənzəyirdi. Bir sözlə, layiqli qələbə qazandılar.   

"Viktoriya" keçiləsi rəqibdir. Düzdür, bura qədər gəlib çıxıbsa, sırdan komanda deyil. Arxayınlaşmaq, ciddiyə almamaq olmaz. Amma "Qarabağ" qrup mərhələsinə yüksəlməyi qarşısına hədəf qoyub. Ağdamlıların qrup təcrübəsi var. Düşünürəm ki, qrupa düşsələr, ordakı nəticələrini də yaxşılaşdıracaqlar. İndiki məqamda isə "Viktoriya"nı fikirləşmək lazımdır. İlk oyun Bakıda olacaq. Bildiyimə görə, son oyunla müqayisədə, heyətdə itki də yoxdur. İnanıram ki, "Qarabağ" Çexiya təmsilçisini Bakıda yenəcək. Ümumiyyətlə, iki oyunun nəticəsinə görə, komandamızın qalib gəlib qrupa adlayacağına əminəm".

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya"nın ilk görüşü avqustun 17-də Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X