Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 46 kiloqram çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda həlledici qarşılaşmada mərakeşli Sahib Soukania ilə üz-üzə gəlib. Rəqibinə 1:22 hesabı ilə uduzan Əkbərova gümüş medalla kifayətlənib.
Bu gün mübarizəyə qoşulan digər taekvondoçular - Taleh Süleymanov (80 kq) və Milad Beiqi Harçeqani (87 kq) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıblar.
***
Azərbaycan taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 46 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələyə vəsiqə qazanmaqla ən azı bürünc medalı da təmin edib.
Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, bunadək Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.