Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunların qalibi olub.
Fanat.Az xəbər verir ki, 53 kq çəki dərəcəsindəmübarizə aparan idmançı finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabı ilə qalib gələrək yarışın baş mükafatına sahib çıxıb.
Daha əvvəl isə kişi sərbəst güləşçilərin 61 kq çəkisində çıxış edən İslam Bazarqanov finalda özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib. Görüş 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xalların keyfiyyətinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.