Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, yığma B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb. Görüş Azərbaycan seçməsinin 27:16 hesablı qalibiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra qrup lideri olan yığmamız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, milli komandamız qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib. Yığma 2-ci qarşılaşmada Əfqanıstana qalib gəlib.