Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə çatıb. Medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyyarlıdır.
Bu nəticə ilə ölkəmiz Qazaxıstanı da geridə qoyaraq ümumi sıralamada 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edib.