Azərbaycanın olimpiya çempionu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, +87 kq çəki dərəcəsində yer alan 2016-cı ildə Rio De Janeyroda keçirilən Yay Olmpiya Oyunlarının qalibi, dünya, ikiqat Avropa çempionu ilk görüşdəcə qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb.
Beləliklə, 33 yaşlı Dağıstan əsilli idmançı yarışda çıxışını medalsız başa vurub.
Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan taekvondoçusundan Məhəmməd Məmmədov (74 kq) ikinci, Fatimə Məcidova (62 kq) isə ilk görüşündə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünən olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi Hərçəqani də erkən mərhələdə uduzaraq medal qazana bilməyib.