Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində yarışan Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.
82 kq çəki dərəcəsindəki "klassik"imiz Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşu mübarizədən kənarlaşdırıb - 2:1.
Qadınların 65 kq çəki dərəcəsində yer alan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşində Ülvü Qənizadə (72 kq) qızıl medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.