Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması B qrupunun son oyununda Kamerunla üz-üzə gəlib. Dörd set davam edən matç millimizin qələbəsi ilə başa çatıb - 3:1 (29:31, 25:12, 25:8, 28:26).
Beləliklə, Eldar Yusubovun çalışdırdığı kollektiv qrup birincisi kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, milli daha əvvəl Seneqal (3:0) və Əfqanıstan (3:0) yığmalarına qalib gəlib.