Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Fanat.Az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və birinciliyin bürünc medalını əldə edib.
Turan Əliyev toplam 219 kq (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.
Qeyd edək ki, yarış avqustun 18-dək davam edəcək.