Misli Premyer Liqasının II turunda "Zirə" "Dalğa Arena"da "Sabah"a 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:
"Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Heyətimiz geniş deyil, itkilərimiz var idi. Matça pis başlamasaq da, buraxdığımız 2 ucuz qol rəqibə daha rahat oynamağa şərait yaratdı. Fərqi azaltdıqdan sorna ümidləndik, amma ikinci hissənin əvvəlində daha bir top buraxdıq. Belədə oyunu çevirmək çox çətindir.
Hücum potensialını artırmaq üçün ikinci hissədə Lorisi meydana buraxdıq. Sərtanın qol vurması heç nə demək deyil. Hücuma yaxşı qoşula bilmirdi. 3-cü qol oyunun sonu idi. Futbolçularım potensialından aşağı çıxış etdi. Daha aqressiv oynamalıyıq".