Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə üz-üzə gəlib. Rəqibinə 6:3 hesabı ilə qalib gələn 34 yaşlı dünya və üçqat Avropa çempionumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.