Misli Premyer Liqasının II turunda "Sabah" səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "Sabah"ın komandanın baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Vacib qələbə qazandıq. "Zirə" layiqli rəqibdir. Onlarla matçlarımız hər zaman çətin alınır.
Qalib gəldiyimiz üçün sevincliyik. Bu gün futbolçularımızı sadəcə, tərifləyə bilərəm. Amma nəticəni 36 turdan sonra çıxaracağıq".
Musayev matçın sonlarında zədələnən Namik Ələskərovun durumuna da toxunub: "Sabah MRT müayinəsindən sonra zədənin nə dərəcədə ciddi olması dəqiqləşəcək".