Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün son qrup oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupunun üçüncü görüşündə Mərakeş millisi ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Hazırda millimiz 3 xalla qrupda üçüncü, Mərakeş 5 xalla ikinci pillədədir. Lider qrupdakı son görüşündə Sudanı quru hesabla yenən Kamerundur (7 xal). İkinci yerin sahibi kimi mövbəti mərhələyə yüksəlmək üçün seçməmiz görüşü maksimum dörd set ərzində qalib tamamlamalıdır.
Qeyd edək ki, Azərbaycan komandası bundan əvvəl Sudanı məğlub edib (3:0), Kameruna uduzub (0:3).