Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, milli üzvlərindən Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) yarımfinal görüşlərini qələbə ilə başa vuraraq qızıl medal uğrunda həlledici dueldə iştirak hüququ qazanıblar.
Xatırladaq ki, Azərbaycan güləşçiləri ötən üç gündə 6 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıblar.