Azərbaycan ağır atleti Ravin Alməmmədov Polşanın Raşin şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub..
Fanat.Az xəbər verir ki, yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 126 kq nəticə ilə gümüş medala sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib.
Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb.
Toplam nəticə həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordu olub.