Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, A qrupunun son oyununda rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi yarımfinala yüksəlib. Kamerun 7 xalla birinci, Mərakeş isə 5 xalla 3-cü olub.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub.