Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançı finalda Amantur İsmayılova (Qırğızıstan) qalib gələrək qızıl medala yiyələnib.
Bu, güləşçilərimizin 8-ci, ölkəmizin ümumilikdə 12-ci qızıl medalı olub.