Azərbaycanın güləşçiləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda Tokio-2020-nin gümüş mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal görüşündə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.
Beləliklə, Azərbaycan güləşçiləri İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurublar.