Misli Premyer Liqasının II turunda "Səbail" öz meydanında "Turan Tovuza"a 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında yenilgini şərh edib:
"Rəqib yaxşı müdafiə olundu. İlk qələbəmizi qazanmaq istəyirdik. Matça heç də pis başlamamışdıq. İkinci hissədə rəqibinin ilk hücumu qol oldu. Futboldur. Qarşıdakı matçlara baxacağıq və qələbə qazanmağa çalışacağıq".