Azərbaycanın gənc cüdoçuları Ekvadorun Quayakil şəhərində təşkil olunan dünya çempionatında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, son olaraq mübarizəyə oğlanların 100 kq çəki dərəcəsində yer alan Ruslan Nəsirli və 100 kiloqramdan ağır çəkidəki Kənan Nəsibov qoşulub.
Nəsirli ilk mərhələdə isveçli rəqibini yensə də, 1/8 finalda fransalı həmkarı ilə bacarmayıb. Nəsibov isə startdaca Kuba təmsilçisinə uduzaraq yarışla vidalaşıb.
Beləliklə, mundiala 8 oğlan cüdoçu ilə qatılan Azərbaycan millisinin qazancı bir bürünc medal olub. Yeganə mükafatı 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev ölkəmizin aktivinə yazdırıb.