Mustafa Dənizli "Araz Naxçıvan"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın türk baş məşqçisi rəqibi tərifləyib:
Premyer Liqadakı çətin oyunlardan sonra kubok bizim üçün daha böyük önəm kəsb edirdi. Rəqibimiz birinci liqa komandası olsa da, yaxşı komanda idi. Oyunu artıq ilk hissədə həll edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam. “Araz Naxçıvan” yaxşı komandadı, gələn mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha fərqli olacaq. Premyer Liqada da bacardığımız qədər irəliləməyə çalışacağıq".
Qeyd edək ki, "Araz Naxçıvan"la səfərdə heç-heçə (1:1) oynayan "Xəzər Lənkəran" evdə 1:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb.
Fanat.az