Misli Premyer Liqasında II turunda “Sabah” səfərdə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.
Fanat.Az "Sabah"ın rəsmi saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da keçirilən matç komandanın futbolçuları Abdulaye Ba və Namik Ələskərov üçün əlamətdar olub.
Belə ki, hər iki oyunçu Mərdəkandakı matçda “Sabah”da ilk qollarını vurublar.
Həm seneqqallı müdafiəçi, həm də millimizin üzvü buna paytaxt klubunun ikinci rəsmi oyununda nail olub.
Qeyd edəki ki, Ba oyunun 5-ci dəqiqəsində matçda hesabı açıb, Namik isə 48-ci dəqiqədə qarşılaşmada yekun hesabı müəyyənləşdirib.