Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv İran seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 0:3 (17:25, 20:25, 11:25) hesablı məğlubiyyəti ilə bitib.