Türkiyənin Konya şəhərində təşkil olunan İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo yarışlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq tatamiyə Azərbaycanın 9 idmançısı çıxacaq.
Kişilərdən Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), qadınlardan isə Leyla Əliyeva, Kənül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq). ), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq).uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan İslamiadaya 14 (7 kişi, 7 qadın) cüdoçu ilə qatılıb.