Ötən yay Feyrbanksda (Alyaska, ABŞ) 60-cı Ümumdünya Eskimo-Hindu Olimpiya Oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Alyaskadakı yerli camaatın iştirakı ilə keçirilən ənənəvi yarışın məqsədi insanı uzaq şimalın sərt şəraitində sağ qalmağa hazırlamaqdır. Bu yarışlar adətən qeyri-adi idman növləri ilə yadda qalır.
Onlardan ən qəribəsi və diqqətçəkəni qulaqla dartma idman növüdür.
Qulaqla dartmanın şərtlərinə gəlincə, rəqiblər bir-birinə qarşı oturur və hər ikisinin qulağına nazik, lakin olduqca möhkəm ip bağlanır. Siqnal səsindən sonra iştirakçılar başlarını geriyə çəkir. Oyun ip qırılıb düşənə və ya rəqiblərdən biri təslim olana qədər davam edir.
Bu idman növü balıq tutmaq üçün tələb olunan bacarıqları möhkəmləndirmək məqsədi daşıyır. Hindular balıq tutarkən qulaqlarından da istifadə edirlər.
Emin Şəmsiyev