Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyə ilə qarşılaşıb. Matç millimizin 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu gün Azərbaycanın qadınlardan ibarət voleybol millisi də üçüncülük uğrunda görüşə çıxacaq. Eldar Yusubovun çalışdırdığı yığma Kamerunla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.