Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında qadınların final matçına təyinat alıb.
Fanat.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov Türkiyə və İran komandaları arasında bu gün baş tutacaq görüşdə əsas söz sahibi olacaq.
Ona kamerunlu Reqin Um kömək edəcək.
Qeyd edək ki, həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.