Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı yığma üçüncülük uğrunda görüşdə Kamerunla üz-üzə gəlib.
Matçdan 3:0 (27:25, 25:13, 25:17) hesabı ilə qalib ayrılan millimiz yarışın bürünc mükafatına sahib çıxıb.