Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"a uduzan (1:3) “Zirə” heyətdə dəyişikliyə əl atıb.
Fanat.Az xəbər verir ki, klub iki futbolçusunu əsas komandadan kənarlaşdırıb.
Belə ki, Təmkin Xəlilzadə və İlkin Muradov transferə çıxarıb. Adıçəkilən futbolçular özlərinə yeni klub tapana qədər əvəzedici komandada çıxış edəcəklər.