"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çexiyanın "Viktoriya Plzen" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, sözügedən oyunla bağlı bunları deyib: "Evdə oynayacağıq. Bu dəfə də azarkeşlərimizin etimadını doğrultmağa çalışacağıq. Onlardan daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
Ev üstünlüyümüz var. Tarixi nəticəni təkrarlamaq istəyirik. "Viktoriya" pley-offa çıxıbsa, xüsusi diqqət edilməli olan nöqtələri var. Çalışacağıq ki, Bakıda 90 dəqiqə üstün oynayan tərəf biz olaq".
Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.