Rusiyanın "Amkar" klubunun yetirməsi Rinat Hüseynov "Kəpəz"ə keçməyə yaxındır.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, son iş yeri Permin "Zvezda" komandası olan 25 yaşlı müdafiəçi Gəncə təmsilçisinin düşərgəsindədir: "Rinat məşqlərdə iştirak edir. Hələ məşqçilər korpusu yekun qərarını verməyib. Bir neçə günə onunla bağlı məlumat veriləcək. Futbolçunun "Kəpəz"lə müqavilə bağlaması istisna olunmur".
Onu da qeyd edək ki, U-21 yığmamızın sabiq üzvü "Kəpəz"dən əvvəl “Şamaxı"nın düşərgəsində olsa da, tərəflər anlaşa bilməyib. Belədə futbolçu qərb təmsilçisinə üz tutub.
Mirağa