Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. Rəqibinə 13:7 hesabı ilə qalib gələn Heybətov karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da yer alan Soslan Tigiyev isə bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevlə üz-üzə gələcək.
***
Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançı həlledici dueldə özbəkistanlı Umidcan Cəlalovla qarşılaşıb. İkinci hissədə Bayramov 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, gümüş medalla kifayətlənməli olub.
Bu gün 70 kq çəkidəki Kənan Heybətov da finalda güləşəcək. Onun rəqibi ABŞ təmsilçisi Miçel Mesenbrink olacaq.
79 kq-da mübarizə aparan Soslan Tigiyev isə bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevla üz-üzə gələcək.