Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo üzrə komanda yarışları keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparacaqlar.
Yarışlar Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları şəxsi yarışı beş medalla (1 qızıl, 3 gümüş, 1 bürünc) başa vurublar.