Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2023-ün təsnifat mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan milli ilk oyununu avqustun 20-də evdə Gürcüstan seçməsinə qarşı keçirəcək. Bakıdakı voleybol Mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
20 avqust. 18:00. Azərbaycan - Gürcüstan
24 avqust. 17:00. Gürcüstan - Azərbaycan
28 avqust. 18:00. Azərbaycan - Avstriya
3 sentyabr. 18:00 Azərbaycan - Sloveniya
7 sentyabr. 19:30. Sloveniya - Azərbaycan
10 sentyabr. 20:25. Avstriya - Azərbaycan
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qatılıb və yarışın bürünc medalını qazanıb.