Azərbaycanın kişilərdən ibarət cüdo millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yığma mübarizəyə 1/4 finaldan qoşulub.
Burada Bəhreyn komandasına 3:1 hesabı ilə qalib gələn cüdoçularımız finalın bir addımlığında Tacikistanı yenib - 3:0.
Qızıl medal uğrunda həlledici görüşdə rəqib Türkiyə kollektivi olacaq.
Qadınlardan ibarət yığma isə startda Türkmənistanı yensə də, 1/4 finalda Əlcəzairə uduzub - 2:3.
Bürünc medal şansını saxlayan cüdoçularımız Seneqalla təsəlliverici görüşdə üz-üzə gəlib. Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Azərbaycan cüdoçuları şəxsi yarışı beş medalla (1 qızıl, 3 gümüş, 1 bürünc) başa vurublar.